×
A
A
A
Sazlamalar

Rumıniya millisini yeni baş məşqçi çalışdıracaq

Buxarest, 18 sentyabr, AZƏRTAC

Futbol üzrə Rumıniya milli komandasının baş məşqçisi vəzifəsinə 41 yaşlı Kosmin Kontra təyin olunub.
Bu barədə Rumıniya Futbol Federasiyası məlumat yayıb.
Məlumata əsasən, K.Kontra ilə iki il müddətinə müqavilə imzalanacaq. O, bu postda almaniyalı Kristof Daumu əvəzləyib.
2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin “E” qrupunda yer alan Rumıniya millisi 9 xalla dördüncü sırada qərarlaşaraq mundialda çıxış etmək şansını itirib.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

İdman 2017-09-18 12:35:00