×
A
A
A
Sazlamalar

Sloveniya milli komandası “Eurobasket 2017”nin çempionu olub

Bakı, 18 sentyabr, AZƏRTAC

Basketbol üzrə 40-cı Avropa çempionatı Sloveniya yığma komandasının qələbəsi ilə başa çatıb.
AZƏRTAC xəbər verir ki, İstanbuldakı Sinan Erdem arenasında keçirilən final qarşılaşmasında Serbiya yığma komandasını 93:85 hesabı ilə məğlub edən Sloveniya basketbolçuları qızıl medallara sahib olublar.
Oyunun ilk periodunda 20:22 hesabı ilə məğlub olan Sloveniya millisi ikinci periodda qələbə qazanıb - 36:25. Ümumi hesabda tarazlığı bərpa etmək istəyən serbiyalılar üçüncü periodda 20:15 hesabı ilə qalib gəliblər. Lakin Sloveniya yığması dördüncü periodu də qələbə ilə başa vuraraq (22:18) rəqibinə heç bir şans verməyib. Beləliklə, ümumi hesabda 93:85 hesabı ilə üstün olan Sloveniya basketbolçuları Avropa çempionu adını qazanıblar.
Çempionların heyətinə Qoran Draqiç 35 xal və 7 ribaund ilə final matçının ən məhsuldar basketbolçusu olub.
Üçüncü yer uğrunda görüşdə - İspaniya-Rusiya qarşılaşmasında da 93:85 hesablı nəticə qeydə alınıb. İspaniyalılar gərgin idman mübarizəsi şəraitində keçən oyunda qalib gələrək ““Eurobasket 2017”nin bürünc medallarına layiq görülüblər.
Dörd ölkənin – Finlandiya, İsrail, Rumıniya və Türkiyənin ev sahibliyi ilə keçirilən basketbol üzrə 40-cı Avropa çempionatında dörd qrupda 24 komanda mübarizəyə qoşulmuşdu.

İdman 2017-09-18 11:33:00