×
A
A
A
Sazlamalar

Şabranda və Bakıda səmti müəyyən etmə idman üzrə açıq ölkə çempionatı keçiriləcək

Bakı, 17 sentyabr, AZƏRTAC 

Gənclər və İdman nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının təşkilatçılığı ilə oktyabrın 7-8-də Şabranda və Bakıda səmti müəyyən etmə idman növü üzrə açıq ölkə çempionatı keçiriləcək.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, yarışda idmançılar elit, açıq, junior və müxtəlif yaş kateqoriyaları üzrə fərdi və komanda hesabında mübarizə aparacaqlar. İdmançılar yarışın birinci günündə - oktyabrın 7-də Şabranda Qalaaltı meşə massivinin ərazisində yeni çəkilmiş xəritə üzrə orta məsafə, ikinci gün isə Bakıda - Dənizkənarı Bulvar və İçərişəhər ərazisində sprint növü üzrə güclərini sınayacaqlar.
Açıq ölkə çempionatın keçirilməsində məqsəd səmti müəyyən etmə idmanının kütləviləşməsi, sağlam həyat tərzi və ətraf mühitə qarşı qayğı ilə yanaşmanın təbliği, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işinə töhfə verilməsi, səmti müəyyən etmə idman növü üzrə milli yığma komanda üçün ehtiyatların formalaşdırılmasıdır.

İdman 2017-09-17 04:29:00