×
A
A
A
Sazlamalar

“Atletiko Madrid” klubunun yeni stadionunda keçirdiyi ilk oyununu İspaniya kralı VI Felipe də izləyib

Madrid, 17 sentyabr, AZƏRTAC 

“Atletiko Madrid” futbol klubu İspaniya çempionatının dördüncü turunda “Malaga” komandası ilə oyunu yeni inşa edilmiş “Vanda Metropolitano” stadionunda keçirib.
Stadiondakı açılış matçını İspaniya Kralı VI Felipe də izləyib. Oyundan əvvəl stadiondakı 60 mindən çox azarkeş Kralı alqışlarla salamlayıb.
“Atletiko Madrid” yeni stadionundakı ilk oyunda “Malaga”nı 1:0 hesabı ilə məğlub edib.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında Ağdamın "Qarabağ" klubunun qrupdakı rəqiblərindən biri də “Atletiko Madrid” komandasıdır. “Qarabağ” komandası da Madrid klubu ilə səfər qarşılaşmasını “Vanda Metropolitano” stadionunda keçirəcək. Bundan əvvəl isə "Qarabağ" klubu "Atletiko Madrid" komandasını Bakı Olimpiya Stadionunda qəbul edəcək. Bu iki stadion isə UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün final görüşünə ev sahibliyi etmək uğrunda rəqabət aparırlar.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

İdman 2017-09-17 01:36:00