×
A
A
A
Sazlamalar

“Neftçi İdman Klubu”nun U-12 komandası Bakıda beynəlxalq turnirin qalibi olub

Bakı, 12 sentyabr, AZƏRTAC

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda futbol üzrə beynəlxalq turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, 12 yaşlı futbolçular arasında təşkil olunan yarışda “Neftçi İdman Klubu”nun komandası da mübarizə aparıb.
İlk görüşdə Gürcüstanın “Saburtalo” komandasını 3:1 hesabı ilə məğlub edən “Neftçi İdman Klubu” növbəti oyunlarda "Qarabağ” (3:3) və "Səbail”lə (1:1) heç-heçə edərək yarımfinala yüksəlib. Bu mərhələdə “Neftçi” ilə üz-üzə gələn “Neftçi İdman Klubu”nun futbolçuları rəqibi 1:0 hesabı ilə məğlub edərək finala adlayıblar.
Qızıl medal uğrunda qarşılaşmada Sumqayıtın eyniadlı komandasına 1:0 hesabı ilə qalib gələn “Neftçi İdman Klubu” beynəlxalq turnirin qalibi adını qazanıb.

İdman 2017-09-12 13:15:00