×
A
A
A
Sazlamalar

Səkkiz futbol klubunun birinci divizionda iştirakına icazə verilib

Bakı, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da AFFA və Peşəkar Futbol Liqasının birgə komissiyası birinci divizionda çıxış etmək istəyən klublardan daxil olan müraciətlərə baxaraq, qərar qəbul edib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, sənədləri qaydasında olan 8 klub - “Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan” və MOİK-in birinci divizionda iştirakına icazə verilib.
Müraciət etmiş “Binə”, “Şahdağ”, “Göyəzən”, “Göyçə”, “Xəzər” , “Karvan”, “Energetik” və “Bakılı” klublarının sənədləri tam qaydasında olmadığı üçün onlara sentyabrın 12-dək vaxt verilib.

İdman 2017-09-09 17:20:00