×
A
A
A
Sazlamalar

Futzal üzrə Azərbaycan millisi reytinq cədvəlindəki mövqeyini qoruyub

Bakı, 9 sentyabr, AZƏRTAC

Futzal üzrə milli komandaların növbəti beynəlxalq reytinq cədvəli açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb. Hesabında 1445 xal olan milli komandamız reytinq cədvəlində 10-cu pillədə qərarlaşıb.
Reytinq cədvəlinə 1929 xalla Braziliya millisi başçılıq edir. 1872 xalla İspaniya ikinci, 1765 xalla isə Rusiya yığması üçüncü pillədə yer alıb.

İdman 2017-09-09 13:53:00