×
A
A
A
Sazlamalar

“Nur” kollektivi ilk yoldaşlıq oyununda “Qarabağ”ı məğlub edib

Bakı, 9 sentyabr, AZƏRTAC
Qadın həndbolçulardan ibarət “Nur” və “Qarabağ” klubları ilk yoldaşlıq oyununda üz-üzə gəliblər.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, Mingəçevirdə “Kür Olimpiya Tədris-İdman Mərkəzi”ndə keçirilən birinci matçda əyalət təmsilçisi “Nur” 33:26 hesabı ilə qalib gəlib.
Komandalar arasında növbəti yoxlama görüşü sentyabrın 9-da keçiriləcək.

İdman 2017-09-09 00:05:00