


“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyi yaradılır
Bakı, 29 yanvar (AzərTAc). “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin yaradılması üzrə zəruri tədbirlər görülmüş, müvafiq normativ-hüquqi sənədlər hazırlanmış və qurum Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.
Ölkəmiz üçün yeni sahə olan informasiya texnologiyaları (İT) sektoru dinamik inkişaf etməkdədir. Son 5 ildə İT sektoru 2,5 dəfə genişlənmiş, ötən ildə isə əvvəlki illə müqayisədə 1,4 dəfə artmışdır. 2011-ci ildə ölkənin İT sahəsində artım maqnit və optik daşıyıcıların istehsalında 2,1 dəfə, elektron və radioelementlərin istehsalında 37,2 faiz, elektron platalarının istehsalında 22,6 faiz olmuşdur.
Azərbaycanın sənayeçilər assosiasiyası Tacikistan müəssisələri ilə əməkdaşlıq edəcək
® “Tamstore” 100-cü mağazasını açaraq üçillik hədəfinə vaxtından əvvəl nail olub
“Mərkəzi Azəri” platformasının profilaktik işlər proqramı uğurla başa çatıb