


Nepalda daşqın nəticəsində ölənlərin sayı 900 nəfəri ötüb
Bakı, 31 avqust, AZƏRTAC
Nepalın şimalında ötən həftə baş verən daşqın nəticəsində həlak olanların sayı 900 nəfəri ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Nepalın Fəlakət Risklərinin Azaldılması və Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsinin hesabatında bildirilib.
Qeyd olunub ki, 903 nəfərin cəsədi tapılıb, 10 min 461 nəfər xilas edilib.
Təxminən 4200 nəfər itkin düşüb. Onların 592-si əcnəbilərdir.
Nepalda daşqın nəticəsində ölənlərin sayı 900 nəfəri ötüb
Arizona ştatında daşqın nəticəsində bir nəfər ölüb, 14 nəfər itkin düşüb
ABŞ İrana həftəlik sanksiyalar tətbiq etməyi planlaşdırır