×
A
A
A
Sazlamalar

ABŞ İrana həftəlik sanksiyalar tətbiq etməyi planlaşdırır

Bakı, 31 avqust, AZƏRTAC

Vaşinqton administrasiyası Tehrana təzyiqi artırmaq məqsədilə İranın müxtəlif strukturlarına həftəlik sanksiyalar tətbiq etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent “Reuters” agentliyinə müsahibəsində deyib.
O bildirib ki, sanksiyalar hər həftə əhəmiyyətli dərəcədə artacaq: “Biz banklardan başlayırıq. Onlara İran pullarını saxlamağın və rejimi dəstəkləməyin qəbuledilməz olduğunu deyəcəyik".
Bessent əlavə edib ki, ABŞ 31 avqust - 1 sentyabr tarixlərində Şimali Karolinanın Aşvill şəhərində keçiriləcək G20 maliyyə nazirlərinin görüşündə digər ölkələrin nümayəndələrini İranla əlaqələrə görə sanksiyaların mümkünlüyü barədə xəbərdar edəcək.

Dünya 2026-08-31 05:36:00