


Bakının bəzi yollarında sıxlıq yaranıb
Bakı, 31 avqust, AZƏRTAC
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Bu barədə AZƏRTAC-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Hazırda yollardakı vəziyyət belədir:
1. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
2. Babək prospekti, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.
Bakının bəzi yollarında sıxlıq yaranıb
Gəncədə fərdi yaşayış evində baş verən yanğın söndürülüb
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub