


İranın cənubundakı adada növbəti partlayışlar baş verib
Bakı, 31 avqust, AZƏRTAC
İranın cənubundakı Larak adasında bir neçə yeni partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.
Partlayışlarla bağlı əlavə açıqlama verilməyib.
Qeyd edək ki, səhər saatlarında ABŞ ordusu Larak adasında iki raket kompleksini vurub. Zərbələr nəticəsində ölən və yaralananların olduğu bildirilib. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hücumun cavabsız qalmayacağını açıqlayıb.
Nepalda daşqın nəticəsində ölənlərin sayı 900 nəfəri ötüb
Arizona ştatında daşqın nəticəsində bir nəfər ölüb, 14 nəfər itkin düşüb
ABŞ İrana həftəlik sanksiyalar tətbiq etməyi planlaşdırır