


Şimali Kipr sahillərində davam edən axtarış-xilasetmə işlərinə Türkiyədən tam dəstək göstərilir
İstanbul, 31 avqust, AZƏRTAC
Şimali Kipr Türk Respublikasında (ŞKTR) baş verən bərə qəzasından sonra bölgədə davam edən axtarış-xilasetmə işlərinə Türkiyə tərəfindən tam dəstək göstərilir. Türkiyədən hadisə yerinə iki helikopter, iki kater və bir dalğıc qrupu, həmçinin ölkənin Hərbi Dəniz Qüvvələri Komandanlığının iki gəmisi cəlb olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Açıqlamada deyilir: “Bu gün Şimali Kipr Türk Respublikasının Girnə limanından Mersinin Taşucu limanına getmək üçün yola çıxan sərnişin gəmisinin batması nəticəsində insan tələfatının olması bizi dərindən kədərləndirir. Qəza nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, onların yaxınlarına, xalqımıza və ŞKTR xalqına başsağlığı veririk”.
Qeyd edilib ki, daha çox insan tələfatının qarşısının alınması və itkin düşən şəxslərin tapılması məqsədilə aparılan işlər ŞKTR hakimiyyət orqanları ilə sıx koordinasiya və əməkdaşlıq şəraitində davam etdirilir.
Nepalda daşqın nəticəsində ölənlərin sayı 900 nəfəri ötüb
Arizona ştatında daşqın nəticəsində bir nəfər ölüb, 14 nəfər itkin düşüb
ABŞ İrana həftəlik sanksiyalar tətbiq etməyi planlaşdırır