


Nepal və Tibet sərhədində baş verən daşqınlar zamanı 85 amerikalı itkin düşüb
Vaşinqton, 30 avqust, AZƏRTAC
Nepal və Tibet sərhədində baş verən fəlakətli daşqınlardan sonra təxminən 85 amerikalıdan hələ də xəbər yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot açıqlayıb.
Nepal və Çin hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət zamanı ölənlərin sayı ən azı 750 nəfərə çatıb və 3 mindən çox insan itkin düşüb.
Tommi Piqot 9 amerikalının təhlükəsiz şəkildə təxliyə edildiyini bildirib. Onun sözlərinə görə, hazırda ABŞ vətəndaşlarının ölümü barədə məlumat yoxdur.
Nepalda daşqın nəticəsində ölənlərin sayı 900 nəfəri ötüb
Arizona ştatında daşqın nəticəsində bir nəfər ölüb, 14 nəfər itkin düşüb
ABŞ İrana həftəlik sanksiyalar tətbiq etməyi planlaşdırır