


Azərbaycan müdafiə naziri Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib
Bakı, 30 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasında işgüzar səfərdədir. Avqustun 30-da müdafiə naziri Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Quru Qoşunları, Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasiminə qatılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə iştirak edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan məzunları təbrik edib.
Sonra plana uyğun olaraq məzunlara diplomlar təqdim olunub. Hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları general-polkovnik Zakir Həsənov təqdim edib.
Azərbaycan müdafiə naziri Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
“Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub
“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir