


“Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub
Bakı, 27 avqust, AZƏRTAC
Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin yekun planlaşdırma konfransı başa çatıb.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, üçtərəfli hərbi əməkdaşlıq planına əsasən təşkil olunan konfransda təlimin ssenarisi, taktiki tapşırıqlar, eləcə də iştirakçı heyətin logistik və hərtərəfli təminat məsələləri razılaşdırılıb.
Təlimin əsas məqsədi mümkün təhdidlərə qarşı birgə mühafizə tədbirlərinin planlaşdırılması, regionun strateji əhəmiyyətli iqtisadi və enerji infrastrukturlarının, nəqliyyat dəhlizlərinin, eləcə də digər beynəlxalq layihələrin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hərbi bölmələr arasında qarşılıqlı fəaliyyət imkanlarının artırılmasıdır.
Konfransın sonunda təlim tapşırıqlarının razılaşdırıldığı və təlimə hazırlıq mərhələsinin tamamlandığı bildirilib, yekun protokol imzalanıb.
Azərbaycan müdafiə naziri Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
“Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub
“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir