×
A
A
A
Sazlamalar

Hörmüz boğazında Britaniya tankerinə hücum olub

Bakı, 30 avqust, AZƏRTAC

Hörmüz boğazında Britaniya tankerinə hücum edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatı (UKMTO) məlumat yayıb. Bildirilir ki, hadisə avqustun 29-da Omanın Xasab şəhərindən 22 kilometr şimalda, gəmi Körfəzə doğru hərəkət edərkən baş verib.
UKMTO-nun bəyanatında tankerin boğazdan keçərkən naməlum mərmi ilə vurulduğu bildirilir. İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan və ya ciddi dağıntı qeydə alınmayıb.

Dünya 2026-08-30 22:18:00