×
A
A
A
Sazlamalar

Şirvanda yol qəzası baş verib, ölən və xəsarət alan var

Şirvan, 29 avqust, AZƏRTAC

Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Köhnə Yaşayış Massivi adlanan ərazisində "Hyundai" markalı yük maşını və "Xəzər" markalı minik avtomobil toqquşub.
Hadisə zamanı 1 nəfər ölüb, 1-i isə xəsarət alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Müxbir - Aydın Yavərzadə

 

Regionlar 2026-08-29 22:07:00