×
A
A
A
Sazlamalar

Babək rayonunda qəza baş verib, 2 nəfər xəsarət alıb

Naxçıvan, 29 avqust, AZƏRTAC

Babək rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralının Babək rayonu Cəhri qəsəbəsindən keçən hissəsində qeydə alınıb. “Tofaş” və “AzSamand” markalı avtomobillərin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Samirə Yəhya qızı Allahverdiyeva və 2009-cu il təvəllüdlü Ümid Səbuhi oğlu Musayev xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Müxbir - Nail Əsgərov

Regionlar 2026-08-29 21:13:00