×
A
A
A
Sazlamalar

Yüksək nəticə göstərən 7 şagird “Gənc istedadlar” liseyinə qəbul olunub

Bakı, 28 avqust, AZƏRTAC

Respublika Fənn Olimpiadaları (RFO) və Respublika Fənn Müsabiqələrində (RFM) yüksək nəticələr göstərən 7 şagird Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
RFO üzrə yüksək nəticə göstərərək liseyə qəbul olunan Əkbər Məhərrəmli fizika fənni üzrə II, Əminə Mirzəyeva biologiya fənni üzrə II, Fatimə Axundova və Gülnaz Məmmədzadə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə III yer tutublar. RFM üzrə yüksək nəticə göstərərək liseyə qəbul olunan Emil Rəcəbli və Əsma Həsənova təbiət fənni üzrə III, Rahim Abbaslı riyaziyyat fənni üzrə III yerə layiq görülüblər.

Elm və təhsil 2026-08-28 14:43:00