


“Azərkosmos”un ixrac etdiyi xidmətlərin dəyəri 1,5 dəfə artıb
Bakı, 28 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 35 ölkəsindən olan 95-dək şirkətə 15,2 milyon dollar dəyərində telekommunikasiya xidmətləri ixrac edilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6 ölkə azdır, xidmət dəyəri isə 1,5 dəfə çoxdur.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust sayına istinadla bildirir ki, bu dövr ərzində formalaşan ümumi gəlirlərin 62 faizini ixrac əməliyyatları təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,5 milyon dollar ilə Birləşmiş Krallıq, 1,9 milyon dollar ilə Lüksemburq, 730,3 min dollar ilə Türkiyə, 669,3 min dollar ilə Pakistan və 382,5 min dollar ilə Misir qərarlaşıb.
® “Bakcell”in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
SOCAR-ın idarəsi 175 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib
Füzuli və Qəbələdə hərrac vasitəsilə 2 faydalı qazıntı yatağı istifadəyə verilib