


Çində qızıl külçə udan 5 yaşlı uşaq xilas edilib
Bakı, 28 avqust, AZƏRTAC
Çində həkimlər qızıl külçə udmuş 5 yaşlı qızın həyatını xilas ediblər.
AZƏRTAC "South China Morning Post" qəzetinə istinadən xəbər verir ki, hadisə paytaxt Pekində qeydə alınıb.
Uşaq oyun oynayarkən təsadüfən 4 santimetr uzunluğunda və 50 qram ağırlığında kiçik qızıl külçəni udub.
Qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin sözlərinə görə, sərt metal mədənin selikli qişasına zərər verə və qanaxmaya səbəb ola bilərdi.
Cərrahlara yad cismi çıxarmaq üçün cəmi bir neçə dəqiqə kifayət edib. Uşaq əməliyyatdan sonra sürətlə sağalıb.
Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb
BYD qlobal elektromobil bazarında ABŞ-nin “Tesla” şirkətini yenidən geridə qoyub
Bolqarıstan Qara dənizin mühafizəsi üçün Belçika və Niderlanddan 7 minaaxtaran gəmi alacaq
Çində qızıl külçə udan 5 yaşlı uşaq xilas edilib
Yəmən və Somali sahillərində 6 bal gücündə zəlzələ baş verib