


İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”a məxsus yeraltı obyektləri məhv edib
Bakı, 28 avqust, AZƏRTAC
İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubundakı Nəbatiyyə şəhərində “Hizbullah”a məxsus yeraltı obyektləri məhv edib.
AZƏRTAC “Lebanon Debate” portalına istinadən xəbər verir ki, zərbələr nəticəsində şəhərin şərqindəki Əli əl-Taher yüksəkliklərini müdafiə edən müqavimət qüvvələri itki verib. Ölən döyüşçülərin sayı barədə məlumat yoxdur.
İsrail ordusunun sözçüsü Ella Vaveyanın ərəb dilində verdiyi açıqlamaya görə, bu addım “Hizbullah”ın ölkənin hərbi mövqelərinə partlayıcı maddələrlə yüklənmiş dron hücumlarına cavab xarakteri daşıyır.
Ərəb Səlim yaşayış məntəqəsinə də hava zərbələri endirilib. Nəticədə bir qadın həlak olub, altı nəfər yaralanıb.
Qeyd edək ki, martın 2-də hərbi eskalasiya başlayandan bəri Livanda ölənlərin sayı 4350-yə, yaralıların sayı isə 12 min 310-a çatıb.
Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb
BYD qlobal elektromobil bazarında ABŞ-nin “Tesla” şirkətini yenidən geridə qoyub
Bolqarıstan Qara dənizin mühafizəsi üçün Belçika və Niderlanddan 7 minaaxtaran gəmi alacaq
Çində qızıl külçə udan 5 yaşlı uşaq xilas edilib
Yəmən və Somali sahillərində 6 bal gücündə zəlzələ baş verib