


Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyinin ən yaxşı idmançısı seçilib
Bakı, 28 avqust, AZƏRTAC
Kosovonun Priştina şəhərində keçirilmiş Avropa birinciliyinin yekunlarına əsasən, Azərbaycan atleti Musab Məmmədtağıyev qitəmiqyaslı yarışın ən yaxşı kişi idmançısı adını qazanıb.
AZƏRTAC xəbər verir ki, o, ən yaxın izləyicisi olan Ermənistan idmançısı Tiqran Avetisyanı 18 əmsal üstələyib. Xatırladaq ki, Musab Məmmədtağıyev 70 kiloqram çəki dərəcəsində 3 qızıl medal qazanmışdı.
Digər mükafat isə oğlan atletlərin çıxışı ilə bağlıdır. Azərbaycan millisi toplamda qazandığı medalların sayına və əyarına görə 24 komanda arasında 5-ci olub.
Burada da idmançılarımız Ermənistan kollektivini geridə qoyub.
Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb
BYD qlobal elektromobil bazarında ABŞ-nin “Tesla” şirkətini yenidən geridə qoyub
Bolqarıstan Qara dənizin mühafizəsi üçün Belçika və Niderlanddan 7 minaaxtaran gəmi alacaq
Çində qızıl külçə udan 5 yaşlı uşaq xilas edilib
Yəmən və Somali sahillərində 6 bal gücündə zəlzələ baş verib