


Tibetdə daşqından zərər çəkən sakinlər və turistlər təxliyə edilib
Pekin, 28 avqust, AZƏRTAC
Çinin Tibet Muxtar Rayonun Nepalla sərhəd Qyironq bölgsində baş verən daşqın və palçıq axınından zərər çəkmiş bütün sakinlər və turistlər təxliyə edilib.
AZƏRTAC yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, təbii fəlakət zonasındakı kəndin 499 sakini və tikinti işçiləri təhlükəsiz əraziyə köçürülüb. Bundan başqa, ərazidən 555 turist çıxarılıb. Sakinlər və turistlər gündəlik tələbat malları, ərzaqla təmin edilib.
Qeyd edək ki, avqustun 26-da Nepalın Rasuva rayonunda, bu ölkənin Çin ilə sərhədi yaxınlığında çayda suyun səviyyəsinin qəflətən qalxması nəticəsində güclü daşqın baş verib. Nəticədə çayın sahilində yerləşən yaşayış məntəqələri, Çin-Nepal sərhəd-keçid məntəqəsi, habelə tikilməkdə olan su elektrik stansiyası və yollar suyun altında qalıb. Son məlumatlara əsasən, Nepal tərəfdə ölənlərin sayı 389-a çatıb, xarici turist və zəvvarlar daxil olmaqla 910 nəfər itkin düşüb. Çin tərəfdə isə 3 nəfər həlak olub, 558 nəfər itkin düşüb, 2 yerli kənd sakini isə xilas edilib. Hər iki ölkədə axtarış-xilasetmə işlərinə və təbii fəlakətin nəticələrinin aradan qaldırlmasına mülki müdafiə işçiləri ilə yanaşı, hərbçilər və polislər də cəlb olunublar.
Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb
BYD qlobal elektromobil bazarında ABŞ-nin “Tesla” şirkətini yenidən geridə qoyub
Bolqarıstan Qara dənizin mühafizəsi üçün Belçika və Niderlanddan 7 minaaxtaran gəmi alacaq
Çində qızıl külçə udan 5 yaşlı uşaq xilas edilib
Yəmən və Somali sahillərində 6 bal gücündə zəlzələ baş verib