


Sabah paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Bakı, 27 avqust, AZƏRTAC
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 28-də paytaxtda bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və yenidənqurma işləri həyata keçiriləcək.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində saat 10:00-dan saat 13:00-dək Abbas Mirzə Şərifzadə, Xıdır Mustafayev, Xaqan Dadaşov, Vasif Əliyev küçələrinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nərimanov RETSİ-nə daxil olan Aşıq Alı, Yəhya Bakuvi küçələrinin bəzi yerlərində saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Planlı fasilə saat 10:00-dan 16:00-dək Suraxanı rayonu Hövsan bağları, Kondisioner bağları və Hövsan-Türkan yolu bağlar yaşayış massivlərinin bir hissəsini əhatə edəcək.
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq "Asfaltzavod" hava xəttində aparılacaq yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək Xocasən-Sədərək yolunun sağ və sol hissələrində enerjinin verilişi məhdudlaşdırılacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Sabah paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
Buğda qiymətləri üç ilin maksimumuna yüksəlib
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib
SOCAR və Çin İxrac-İdxal Bankı enerji sektorunda əməkdaşlıq imkanlarını dəyərləndirib