×
A
A
A
Sazlamalar

Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib

Bakı, 27 avqust, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarların müraciət və təkliflərinin dinlənilməsi, suallarının cavablandırılması məqsədilə növbəti onlayn görüş keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə agentliyin İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov sahibkarların qarşılaşdıqları məsələləri və təkliflərini dinləyib, müraciətlərində qaldırılan məsələlərin həlli yolları və dövlətin dəstək alətləri barədə məlumat verib.
Görüş zamanı Astara, Lənkəran, Lerik və Cəlilabad rayonlarından olan sahibkarların kənd qonaq evinin genişləndirilməsi, əkinçiliyin inkişafı, məişət avadanlıqlarının təmiri müəssisəsinin fəaliyyətinin yaxşılaşdırılması, güzəştli kreditlərin əldə edilməsi və digər məsələlərlə bağlı müraciətləri müzakirə olunub, sualları cavablandırılıb.

İqtisadiyyat 2026-08-27 17:57:00