×
A
A
A
Sazlamalar

Tanınmış futbolçunun müflis elan olunması üçün məhkəməyə müraciət edilib

Bakı, 27 avqust, AZƏRTAC
İngiltərəli veteran futbolçu Ceymi Karragerin müflis elan olunması üçün məhkəməyə müraciət edilib.
AZƏRTAC “The Athletic”ə istinadən xəbər verir ki, buna onun ödənilməmiş vergi borcu səbəb olub.
48 yaşlı keçmiş müdafiəçi məsələ ilə bağlı məhkəməyə müraciət edib. İngiltərə Vergi və Gömrük İdarəsi bildirib ki, bu addım borcun ödənilməsi üçün digər yollar nəticə vermədikdə atılır.
Qeyd edək ki, Ceymi Karrager futbolçu karyerası ərzində yalnız “Liverpul”da çıxış edib. O, Mersisayd klubunda 737 rəsmi oyuna çıxıb və 2005-ci ildə Çempionlar Liqasının qalibi olub. Karyerasını 2013-cü ildə başa vuran Karrager hazırda futbol eksperti kimi çalışır.

 

İdman 2026-08-27 17:35:00