


Xaçmaz rayonunda yeni dayanacaq pavilyonları quraşdırılır
Bakı, 27 avqust, AZƏRTAC
Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni, müasir və standartlara uyğun dayanacaq pavilyonları quraşdırılaraq sərnişinlərin istifadəsinə verilir.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, bu işlər Xaçmaz rayonunda da həyata keçirilir. Hazırda Xaçmaz şəhərinin Heydər Əliyev prospekti və Nəriman Nərimanov küçəsində 5, Xaçmaz-Xudat yolunda 1, Xudat şəhərinin Mirzə Fətəli Axundzadə və Osman Mirzəyev küçələrdə isə 3 pavilyon quraşdırılıb. Proses davam etdirilir.
Ümumilikdə Xaçmaz rayonu üzrə 40 dayanacaq pavilyonunun quraşdırılması nəzərdə tutulub.
Naxçıvanda yeni tədris ilindən “Rəqəmsal məktəb” platformasına start veriləcək
Şamaxıda texniki üzüm sortlarının kütləvi yığımına başlanılıb FOTO
Naxçıvanda rəqəmsal xidmətlərə “mygov ID” ilə vahid və təhlükəsiz giriş imkanı yaradılıb