


Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti iki gün məhdudlaşdırılacaq
Bakı, 26 avqust, AZƏRTAC
Aparılan təmir işləri ilə əlaqədar Xətai rayonunun Rövşən Əliyev küçəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti avqustun 26-da saat 22:00-dan avqustun 28-i saat 22:00-dək müvəqqəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, sürücülərdən qeyd edilən müddətdə alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.
Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti iki gün məhdudlaşdırılacaq
Yaxın Şərqdəki münaqişə: Altı ayda “Brent”in qiyməti 70-126 dollar arasında dəyişib
Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib
® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır