


Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı, 26 avqust, AZƏRTAC
Badamdar qəsəbəsi, Cavidan İbrahimli küçəsində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən 53 nömrəli müntəzəm marşrutun nizamlı fəaliyyəti təmin olunmadığından hərəkət sxemi müvəqqəti dəyişdirilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, hazırda 53 nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi “20-ci Sahə” yaşayış massivi, son dayanacaq məntəqəsi isə Abbas Mirzə Şərifzadə küçəsi (Respublika Klinik Xəstəxanası) olmaqla fəaliyyət göstərir.
Eyni zamanda, vətəndaşların ictimai nəqliyyata əlçatanlığını təmin etmək üçün 3 nömrəli müntəzəm marşrutun Badamdar qəsəbəsində hərəkəti Cavidan İbrahimli küçəsinə (“Atilla” İdman Mərkəzi) kimi təşkil olunur.
Yaxın Şərqdəki münaqişə: Altı ayda “Brent”in qiyməti 70-126 dollar arasında dəyişib
Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib
® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır