


Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb
Laçın, 26 avqust, AZƏRTAC
Laçın Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan və Özbəkistan arasında kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi festivalın direktoru, Laçın şəhərində yerləşən “Hoçazfilm” yaradıcılıq studiyasının rəhbəri Amil Amal və özbəkistanlı prodüser Eldar Yuldaşev imzalayıblar. Sənədə əsasən, “Hoçazfilm” tərəfindən istehsal olunan filmlərin Özbəkistan kinoteatrlarında nümayiş etdirilməsi nəzərdə tutulub.
Sənədin imzalanması Azərbaycan və Özbəkistan arasında kino sahəsində əməkdaşlığın inkişafı, film mübadiləsinin genişləndirilməsi və iki ölkənin kino sənayesi nümayəndələri arasında yaradıcı əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
Müxbir - Fidan Əlizadə
Laçın Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb
Xalq artisti: Festival Laçının mədəni həyatına yeni nəfəs gətirir
Solist: Laçında ifa etdiyimiz hər mahnı Böyük Qayıdışın, dönüş sevincinin ifadəsidir
Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb
Fransalı rejissor: “La Leproduction” filmi dialoqsuz olması ilə diqqət çəkir