×
A
A
A
Sazlamalar

Fransalı rejissor: “La Leproduction” filmi dialoqsuz olması ilə diqqət çəkir

Laçın, 26 avqust, AZƏRTAC

Fransa istehsalı olan “La Leproduction” filmi dialoqsuz olması ilə diqqət çəkir. Film 35 yaşında olmasına baxmayaraq, köhnə üslublu görünüşü və davranışları ilə seçilən Mark-Antuanın həyatından bəhs edir.
Bunu AZƏRTAC-ın bölgəyə ezam olunan müxbirinə açqlamasında Beynəlxalq Film Festivalının qaliblərindən biri, “La Leproduction” filminin rejissoru Jan-Mari Vilnöv deyib.
O qeyd edib ki, hadisələrin mərkəzində onun yeni qonşusu ilə məktəb illərindəki sevgilisi arasında yaratdığı paralellər dayanır.
“Dialoqdan istifadə olunmaması filmin əsas xüsusiyyətlərindən biridir. Obrazların hiss və düşüncələrini sözlərlə deyil, onların davranışları, baxışları, mimikaları və hadisələrin vizual dili vasitəsilə çatdırmaq istədim”, - deyə Jan-Mari Vilnöv əlavə edib.

Müxbir - Fidan Əlizadə

Mədəniyyət 2026-08-26 20:03:00