×
A
A
A
Sazlamalar

Lənkəranda yeni təmayül tədris modelinin ilk nəticələri yüksək olub

Lənkəran, 26 avqust, AZƏRTAC
Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və yeni təmayül tədris modelinin tətbiq olunduğu Lənkəran şəhəri Rövşən Bədəlov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbinin ilk məzunlarından 124 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəbin 6 sinfi maksimum nəticə göstərib - məzunların hamısı tələbə adını qazanıb.
Xatırladaq ki, 2026–2027-ci tədris ilində Lənkəran-Astara regionunda ümumilikdə 10 məktəbdə yeni təmayül tədris modeli tətbiq olunacaq. Bu məktəblər Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarını əhatə edir.

Müxbir - İlkin Adıyev

Regionlar 2026-08-26 20:19:00