


Azərbaycanın Baltikyanı ölkələrlə ticarət dövriyyəsinin həcmi açıqlanıb – QRAFİK
Bakı, 26 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Baltikyanı ölkələrlə – Estoniya, Latviya və Litva ilə ticarət dövriyyəsi ümumilikdə 40 milyon 439,5 min dollar təşkil edib. Həmin göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 23,8 faiz və ya 12 milyon 600,82 min dollar azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.
Hesabat dövründə Azərbaycandan Baltikyanı ölkələrə 8 milyon 603,81 min dollar dəyərində məhsul ixrac olunub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 65 faiz və ya 16 milyon 4,41 min dollar azalma deməkdir.
Hesabat dövründə Azərbaycan Baltikyanı ölkələrindən 31 milyon 835,69 min dollar dəyərində məhsul idxal edib ki, bu da illik müqayisədə 12 faiz və ya 3 milyon 403,59 min dollar çoxdur.

Hesabata əsasən, bu göstəricilər Azərbaycanın ümumi ixracının 0,05 faizini, ümumi idxalının isə 0,33 faizini təşkil edib.

Biznes subyektləri Rəqabət Məcəlləsindəki dövlət nəzarəti mexanizmləri barədə məlumatlandırılıb
Azərbaycanın nar şirəsi Karib hövzəsi bazarına ixrac olunub
Azərbaycan-Gürcüstan sərhədində nəqliyyat vasitələrinin sıxlığı aradan qaldırılıb - AÇIQLAMA
Yeddi ayda banklar 858,7 milyon manat xalis mənfəət əldə edib