


Soçi hava limanı son 24 saat ərzində ikinci dəfə uçuşları dayandırıb
Bakı, 23 avqust, AZƏRTAC
Soçi hava limanında təyyarələrin gəlişi və uçuşuna yenidən müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
AZƏRTAC “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu, son 24 saat ərzində hava limanının fəaliyyətində baş verən ikinci belə haldır. Uçuş təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilən əvvəlki məhdudiyyətlər şənbə günü səhər saatlarlarında qüvvəyə minmiş və təxminən bir saat davam etmişdi.
Səlahiyyətli qurumlar vəziyyəti nəzarətdə saxlayır, sərnişinlər və qarşılayanlar üçün reyslərin cədvəlindəki dəyişikliklərlə bağlı yeniləmələr təqdim olunur.
Rusiya Müdafiə Nazirliyi: Bir gün ərzində Ukraynaya məxsus 250 dron məhv edilib
Soçi hava limanı son 24 saat ərzində ikinci dəfə uçuşları dayandırıb
İsveçdə məktəb hücumundan sonra istintaq yeni təfərrüatları üzə çıxarır
Norveçdə aviadispetçerlərin tətili hava nəqliyyatında genişmiqyaslı fasilələrə səbəb olacaq
Gürcüstan və Özbəkistan arasında yük daşımaları üçün rəqəmsal icazə sistemi işə salınıb