×
A
A
A
Sazlamalar

Premyer Liqa: "Zirə" doğma meydanda qələbəyə sevinib

Bakı, 22 avqust, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Zirə" doğma meydanda "İmişli"ni qəbul edib. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda aktivində 6 xal olan Bakı klubu turnir cədvəlinə başçılıq edir.
Qonaqlar isə 1 xalla 8-ci yerdədir.
Qeyd edək ki, II turun “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” matçları avrokuboklara görə təxirə salınıb.
Tura avqustun 23-də 2 oyunla yekun vurulacaq.

İdman 2026-08-22 22:57:00