


Böyük Britaniyada dəhşətli qəza: Polis təqibi zamanı 7 nəfər həlak olub
London, 22 avqust, AZƏRTAC
Böyük Britaniyanın Teessayd bölgəsində polis təqibi zamanı baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ikisi polis əməkdaşı olmaqla 7 nəfər həlak olub.
AZƏRTAC “The Independent” nəşrinə istinadla xəbər verir ki, Klivlend Polisinin məlumatına görə, faciə Midlsbro yaxınlığındakı “South Bank” ərazisində, A66 avtomobil yolunda qeydə alınıb. Əks istiqamətdə hərəkət edən “Volkswagen Passat” markalı avtomobil düzgün zolaqla hərəkətdə olan polisin xidməti avtomobili ilə toqquşub.
Hadisə yerinə 14 təcili tibbi yardım briqadası cəlb olunub. Qəza nəticəsində polis avtomobilində olan iki əməkdaş və “Volkswagen Passat”da olan beş nəfər hadisə yerində ölüb. Həlak olan polis əməkdaşlarının 37 yaşlı Metyu Bleyds və 38 yaşlı Tom Klaf olduğu açıqlanıb.
Faktla bağlı araşdırma aparılır.
Rusiya Müdafiə Nazirliyi: Bir gün ərzində Ukraynaya məxsus 250 dron məhv edilib
Soçi hava limanı son 24 saat ərzində ikinci dəfə uçuşları dayandırıb
İsveçdə məktəb hücumundan sonra istintaq yeni təfərrüatları üzə çıxarır
Norveçdə aviadispetçerlərin tətili hava nəqliyyatında genişmiqyaslı fasilələrə səbəb olacaq
Gürcüstan və Özbəkistan arasında yük daşımaları üçün rəqəmsal icazə sistemi işə salınıb