×
A
A
A
Sazlamalar

Ekspert: Yeni Dövlət Proqramı turizm sektorunun inkişafına əlavə stimul verəcək

Bakı, 21 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” turizm sektorunun inkişafı baxımından mühüm strateji addımdır. Sənəddə turizmin davamlı inkişafı ilə bağlı bir sıra mühüm istiqamətlər müəyyənləşdirilib. Bu istiqamətlər sırasında nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolu, hava və avtomobil nəqliyyatının inkişafı xüsusi əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında turizm üzrə ekspert Əziz Şiriyev deyib.
O bildirib ki, Dövlət Proqramında kadr hazırlığı, mehmanxana və restoran təsərrüfatlarının inkişafı, eləcə də ölkəyə xarici turist cəlb edən turizm şirkətlərinə subsidiyaların verilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər sektorun inkişafına əlavə stimul verəcək.
“Bu cür dəstək mexanizmləri turizm şirkətlərinin daha çox xarici turist cəlb etməsinə şərait yaradacaq. Nəticədə Azərbaycana gələn turistlərin sayının artacağı, turizm sektorunun iqtisadi fəallığının genişlənəcəyi gözlənilir. Bu proses, öz növbəsində, sosial-iqtisadi inkişafa və ölkə iqtisadiyyatının şaxələndirilməsinə mühüm töhfə verəcək”, – deyə ekspert qeyd edib.

 

Mədəniyyət 2026-08-21 18:41:00