×
A
A
A
Sazlamalar

Kənd təsərrüfatı naziri Qobustanda vətəndaşların müraciətlərini dinləyəcək

Bakı, 21 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov avqustun 28-də saat 9:00-da Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Qobustan, Şamaxı, Ağsu, İsmayıllı və Abşeron rayonlarından olan vətəndaşlarla görüşəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı bu rayonlardan olan vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlarla görüşdə iştirak etmək istəyən Qobustan, Şamaxı, Ağsu, İsmayıllı və Abşeron rayonlarının sakinləri Qobustan DAİM-ə (051-280-85-15) müraciət edə bilərlər.
Görüşə yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Görüşə gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Regionlar 2026-08-21 17:52:00