


Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var
Ağstafa, 20 avqust, AZƏRTAC
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Tofaş" və "Hyundai" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən "Tofaş" markalı minik maşını idarəetmədən çıxaraq yolun hərəkət hissəsinə aşıb. Nəticədə iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Müxbir -Ruslan Novruzoğlu
Salyanda ağır yol qəzası olub, bir nəfər ölüb, iki nəfər xəsarət alıb
Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müraciətlərini dinləyib
Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin təchizatı dayandırılacaq
Bakıda, Şuşada və Xankəndidə əmək münasibətləri ilə bağlı posterlər nümayiş olunur