


İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müraciətlərini dinləyib
Bakı, 20 avqust, AZƏRTAC
İqtisadiyyat nazirinin müavini Azər Bayramov Masallı şəhərində Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşlarla görüşüb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşə gələn vətəndaşların sahibkarlığın inkişafı, güzəştli kreditlər, əmlak, vergi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən görüş zamanı vətəndaşların hər bir müraciəti diqqətlə araşdırılıb, qaldırılan məsələlər üzrə müvafiq izahat və əsaslandırılmış cavablar verilib. Əlavə araşdırma tələb edən müraciətlər isə qanunvericiliyə uyğun qaydada icraata götürülüb.
Salyanda ağır yol qəzası olub, bir nəfər ölüb, iki nəfər xəsarət alıb
Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müraciətlərini dinləyib
Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin təchizatı dayandırılacaq
Bakıda, Şuşada və Xankəndidə əmək münasibətləri ilə bağlı posterlər nümayiş olunur