


Doktoranturaya qəbul üzrə fəlsəfə imtahanlarının vaxtı və yeri açıqlanıb
Bakı, 20 avqust, AZƏRTAC
2026-cı il sentyabrın 1-dən 3-dək Bakı Dövlət Universitetində (BDU) və Elm və Təhsil Nazirliyinin tabeliyində olan bir sıra elmi müəssisələrdə doktoranturaya qəbul üzrə fəlsəfə fənnindən qəbul imtahanları keçiriləcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, imtahanlar BDU-nun 2 nömrəli tədris binasının 305 və 309 nömrəli auditoriyalarında təşkil olunacaq. İmtahanlarda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilmiş xarici dil üzrə qəbul imtahanında müvafiq keçid balını toplamış və ya DİM tərəfindən müvafiq beynəlxalq dil sertifikatı təsdiqlənmiş iddiaçılar iştirak edə biləcəklər.
Qəbul imtahanı BDU-da təşkil olunmuş İmtahan Komissiyası tərəfindən şifahi formada aparılacaq.
İmtahanlarda iştirak edəcək iddiaçılar şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməlidirlər.
Ətraflı məlumatla BDU-nun internet saytı vasitəsilə tanış olmaq mümkündür.
Şagirdlərin elektron yerdəyişməsi prosesi başlanıb
Zaur İmrani: Xəzərin səviyyə dəyişikliyi təsərrüfat sahələrinə ciddi təsir göstərə bilər VİDEO
Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb
Doktoranturaya qəbul üzrə fəlsəfə imtahanlarının vaxtı və yeri açıqlanıb
Coğrafiyaçı-alim: Xəzərin geri çəkilməsi sahilyanı ekosistemlərin dəyişməsinə səbəb ola bilər VİDEO