×
A
A
A
Sazlamalar

Naxçıvanda son 3 ayda 26 zəhərlənmə hadisəsi qeydə alınıb

Naxçıvan, 20 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında son 3 ay ərzində 26 zəhərlənmə hadisəsi qeydə alınıb. Bu halların əksəriyyətinin qarpız və saxlanma şəraitinə düzgün riayət olunmayan qidaların qəbulu ilə əlaqəli olduğu müəyyən edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Naxçıvan Muxtar Respublikasının Yoluxucu Xəstəliklər Mərkəzindən məlumat verilib.
"Qida zəhərlənmələrinin qarşısını almaq üçün qidaların hazırlanması, saxlanılması və istehlakı zamanı gigiyena qaydalarına ciddi əməl etmək, xüsusilə tez xarab olan məhsulları uyğun temperaturda saxlamaq, meyvə-tərəvəzi yaxşı yumaq və qidaların kifayət qədər bişirilməsinə diqqət yetirmək vacibdir", - deyə məlumatda bildirilib.

Müxbir - Nail Əsgərov

Regionlar 2026-08-20 12:57:00