×
A
A
A
Sazlamalar

Azərbaycandan Bolqarıstana xam neft ixracı kəskin artıb

Bakı, 19 iyul, AZƏRTAC

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Bolqarıstana 358 min 842,99 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 dəfə və ya 279 min 582,14 ton artım deməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
İxrac olunan xam neftin dəyəri 253 milyon 113,5 min dollar təşkil edib ki, bu da illik müqayisədə 5,2 dəfə və ya 204 milyon 882,39 min dollar çoxdur.
Yeddi ayda Bolqarıstana ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 2,82 faiz olub.

Hesabat dövrü ərzində gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neftə dair məlumatlar nəzərə alınmaqla 11 ölkəyə Azərbaycandan dəyəri 8 milyard 32 milyon 903,55 min dollar olan 12 milyon 722 min 590,97 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib.

İqtisadiyyat 2026-08-19 17:21:00