


Ukrayna Ali Radası Yevgeni Xmaranın müdafiə naziri vəzifəsinə təyin olunmasını dəstəkləyib
Kiyev, 19 avqust, AZƏRTAC
Ukrayna Ali Radası 312 səslə Yevgeni Xmaranın müdafiə naziri vəzifəsinə təyin olunmasını dəstəkləyib. Bundan əvvəl o, iyul ayında hökumətin yenidən formalaşdırılmasından sonra Müdafiə Nazirliyinə nazirin səlahiyyətlərini icra edən şəxs kimi rəhbərlik edib.
Bu barədə AZƏRTAC Ukrayna mediasına istinadla xəbər verir.
Bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Xmaranın namizədliyini parlamentə təqdim edib.
Xmara parlamentdə səsvermədən əvvəl deputatlar qarşısında çıxış edərək hərbi xidmətdən tərxis olunduğunu və hazırda mülki şəxs olduğunu bildirib.
“Mən qarşınızda mülki şəxs kimi dayanmışam. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunun 26-cı maddəsinə uyğun olaraq hərbi xidmətdən tərxis olunmuşam”, - deyə Yevgeni Xmara bəyan edib.
O, müdafiə naziri vəzifəsində əsas prioritetlər sırasında cəbhənin gücləndirilməsini və hərbçilərin silahla operativ təmin olunmasını, Rusiya hərbi və strateji obyektlərinə uzaqmənzilli dərin zərbələrin və ortamənzilli zərbələrin endirilməsini, Ukraynanın müdafiə sənayesinin inkişaf etdirilməsini və silah istehsalının artırılmasını, hərbçilərin müdafiə edilməsini və onlara dəstək göstərilməsini, onların hazırlığının təmin olunmasını və xidmət üçün ədalətli qaydaların müəyyənləşdirilməsini, prezident, parlament, hökumət, Baş Qərargah, Müdafiə Nazirliyi, ordu, istehsalçılar və tərəfdaşlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsini qeyd edib.
Yevgeni Xmara vurğulayıb ki, Ukrayna müharibədə strateji təşəbbüsü ələ keçirməli, bu istiqamətdə Ukrayna silahları və uzaqmənzilli zərbələr əsas rol oynamalıdır.
Alp dağlarında 34 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapılıb
“Şimal axını” qaz kəmərlərindəki partlayışlarda şübhəli bilinən daha bir nəfər saxlanılıb
Ukrayna Ali Radası Yevgeni Xmaranın müdafiə naziri vəzifəsinə təyin olunmasını dəstəkləyib
Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub
Ərdoğan: İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolu danışıqlardır