


Ərdoğan: İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolu danışıqlardır
Ankara, 19 avqust, AZƏRTAC
Türkiyə İran və ABŞ arasındakı münaqişənin yeganə həll yolunun danışıqlar olduğunu hesab edir.
AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın Baş naziri Sanae Takaiti ilə telefon danışığı zamanı səsləndirib.
Onun sözlərinə görə, Ankara regionda davamlı sülhə və sabitliyə nail olmaq üçün diplomatik səyləri dəstəkləyir.
İkitərəfli münasibətlərə toxunan Türkiyə Prezidenti bildirib ki, Ankara, xüsusilə də müdafiə sənayesi, investisiyalar və ticarət sahələrində Tokio ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində bundan sonra da səylərini davam etdirəcək.
Prezident Ərdoğan iyulun 28-də Kumamoto prefekturasında baş vermiş dağıdıcı zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Yaponiyanın Baş nazirinə bir daha başsağlığı verib.
Alp dağlarında 34 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapılıb
“Şimal axını” qaz kəmərlərindəki partlayışlarda şübhəli bilinən daha bir nəfər saxlanılıb
Ukrayna Ali Radası Yevgeni Xmaranın müdafiə naziri vəzifəsinə təyin olunmasını dəstəkləyib
Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub
Ərdoğan: İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolu danışıqlardır