


Lənkəranda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi müəssisəsi aşkarlanıb
Bakı, 19 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Lənkəran rayonu, Sütəmurdov kəndində fəaliyyət göstərən, Hüseynov Rüfət Almas oğluna məxsus toyuq kəsimi müəssisəsində yoxlama keçirilib.
Bu barədə AZƏRTAC-a agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu, obyektin icazəsi olmadan fəaliyyət göstərdiyi aşkarlanıb.
Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı və antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarəti olmadan kəsildiyi müəyyən edilib, eləcə də digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu aşkarlanıb.
Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Qida zəncirində təhlükəsizliyin təmin olunması və əhalinin sağlamlığının qorunması üçün heyvan və quş kəsimi mütləq baytarlıq nəzarəti altında aparılmalıdır.
Vətəndaşların nəzərinə: Kiberdələduzluq hallarına qarşı diqqətli olun!
Lənkəranda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi müəssisəsi aşkarlanıb
Əvəzçilik üzrə əmək fəaliyyəti necə tənzimlənir?
Zərifə Quliyeva beynəlxalq təşkilat tərəfindən “Onur Belgesi” ilə təltif olunub