


Zərifə Quliyeva beynəlxalq təşkilat tərəfindən “Onur Belgesi” ilə təltif olunub
Ankara, 19 avqust, AZƏRTAC
“Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva beynəlxalq səviyyədə fəaliyyət göstərən Ankara mərkəzli “Uluslararası Basın Teşkilatı” (Beynəlxalq Mətbuat Təşkilatı) tərəfindən “Onur Belgesi” (Fəxri sertifikat) ilə təltif olunub.
Beynəlxalq Mətbuat Təşkilatından AZƏRTAC-a verilən məlumata görə, qərar təşkilatın İdarə Heyətinin sədri İbrahim Erdem Karabulut tərəfindən qəbul edilib.
“Onur Belgesi” Zərifə Quliyevanın uzun illər ərzində ictimai fəaliyyətinə, milli-mənəvi dəyərlərin təbliğinə, cəmiyyətin sosial həyatında fəal iştirakına və beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələrə göstərilən diqqət və ehtiramın ifadəsi kimi qiymətləndirilib.
Zərifə Quliyevanın ictimai-siyasi fəaliyyəti, sosial və humanitar istiqamətlərdə həyata keçirdiyi təşəbbüslər, Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi və ailə dəyərlərinin qorunması istiqamətində gördüyü işlər xüsusi qeyd olunub.
“Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri göstərilən yüksək etimada görə E.Karabuluta təşəkkürünü bildirib və bundan sonra da ictimai, sosial və humanitar layihələr çərçivəsində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Təltif Zərifə Quliyevanın çoxşaxəli ictimai fəaliyyətinə verilən növbəti beynəlxalq qiymət kimi diqqət çəkir.
Vətəndaşların nəzərinə: Kiberdələduzluq hallarına qarşı diqqətli olun!
Lənkəranda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi müəssisəsi aşkarlanıb
Əvəzçilik üzrə əmək fəaliyyəti necə tənzimlənir?
Zərifə Quliyeva beynəlxalq təşkilat tərəfindən “Onur Belgesi” ilə təltif olunub